IMG-LOGO

ABŞ-dan mühüm addım - Müharibəyə hazırlıq başladı

03.11.2025 02:00 5 baxış
IMG

ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün qoşunların toplaşma zonası hazırlayır.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” peyk görüntülərinə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, Puerto Rikoda 20 ildən çoxdur tərk edilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinə adi Ruzvelt-Rouds bazasında tikinti işləri 7 sentyabrda başlayıb.

Uçuş-enmə zolağına aparan yolların təmizlənməsi və yenidən örtülməsi işlərinə start verilib.

ABŞ həmçinin Puerto Rikoda və ABŞ Virgin adalarının bir hissəsi olan Sent-Kruadakı mülki hava limanlarının infrastrukturunu genişləndirir.

Qeyd edək ki, bu ərazilər Venesueladan təxminən 500 mil (təxminən 800 km) məsafədə yerləşir.

Xəbər lenti