IMG-LOGO

Kral Çarlz qardaşı Endryunun titullarını ləğv edir

31.10.2025 02:06 10 baxış
IMG

Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb. Həmçinin Endryuya Vindzordakı “Royal Lodge” malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib. Kral ailəsindən verilən açıqlamada qeyd olunub ki, fəxri adların ləğvi üçün rəsmi proses bu gün başladılıb. O, bundan sonra Endryu Mauntbatten Vindzor adı ilə tanınacaq.

Bəyanatda, həmçinin vurğulanıb ki, bu qərarlar Endryunun özünə qarşı irəli sürülən iddiaları inkar etməsinə baxmayaraq, zəruri hesab olunur.

“Kral və Kraliça hər cür zorakılıq və istismar qurbanlarına dərin simpatiyalarını bildirirlər”,- açıqlamada qeyd olunub.

Məlumata görə, Endryu bundan sonra Kral ailəsinə məxsus Sandrinham ərazisindəki bir mülkiyyətə köçəcək və yaşayış xərcləri Kral tərəfindən şəxsi vəsaitlə qarşılanacaq. Endryu uzun müddətdir cinsi istismar haqqında cinayətlərdə təqsirli bilinən amerikalı iş adamı Cefri Epsteynlə əlaqələri səbəbilə ictimai və media təzyiqi altındadır.

Xəbər lenti