IMG-LOGO

Tunisdə FACİƏ: miqrant gəmisi batdı, 40 nəfər öldü

23.10.2025 01:35 9 baxış
IMG

Tunis sahilləri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində azı 40 nəfər həyatını itirib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, qayıqda ümumilikdə 70 miqrant olub və onlar qeyri-qanuni yolla Avropaya keçməyə cəhd ediblər. Hadisə nəticəsində 30 nəfər xilas edilib.

Qeyd edək ki, son illərdə Şimali Afrika sahilləri Avropa İttifaqının cənub sahillərinə qeyri-qanuni miqrasiya cəhdlərinin əsas marşrutlarından birinə çevrilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu kimi miqrant axınları zamanı qayıqların batması nəticəsində minlərlə insan həyatını itirib.

Xəbər lenti