IMG-LOGO

Payızın ən parlaq kometası gələn həftə Yerə yaxınlaşacaq

17.10.2025 03:38 10 baxış
IMG

C/2025 A6 (Lemmon) kometası 21 oktyabr, çərşənbə axşamı Yerə ən yaxın məsafəyə yaxınlaşaraq payızın ən parlaq kometası olacaq. APA xəbər verir ki, bu barədə TASS-a Moskva Planetariumunun metodiki dəstək şöbəsinin müdiri, astronom Lyudmila Koşman məlumat verib.

Onun sözlərinə görə, həmin gün kometa periqey nöqtəsini, Yerdən ən yaxın məsafəni (89 185 647 km) keçəcək. Hazırda kometanın parlaqlığı +4,8m, yəni beş ulduzlu parıltıya çatıb və bu, onu payızın ən parlaq kometası edir.

Bu parlaqlıq həddinə görə kometa binokl və ya həvəskar teleskopla, açıq hava şəraitində isə çıxış gözlə də müşahidə oluna bilər.

Xəbər lenti