IMG-LOGO

Güllünün ölüm səbəbi açıqlandı

15.10.2025 02:39 9 baxış
IMG

Sentyabrın 26-da evinin eyvanından yıxılaraq həyatını itirən Türkiyənin məşhur müğənnisi Gül Tutun (səhnə adı ilə Güllü - red.) ölüm səbəbi müəyyən edilib.

Lent.az bu barədə NTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, sənətçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Rəydə qeyd edilir ki, Güllünün zəhərlənərək öldüyünə dair tibbi dəlil aşkarlanmayıb.

Məlumata görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.

Xəbər lenti