ABŞ-ın Massaçusets ştatında yüngül mühərrikli təyyarə yol üzərində qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Məlumata görə, təyyarədə olan ər-arvad həlak olub. Həmçinin, hava gəmisinin qalıqlarından yolda hərəkət edən bir qadın xəsarət alıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.