IMG-LOGO

“Jaguar Land Rover” 6 həftədir özünə gələ bilmir

08.10.2025 01:35 10 baxış
IMG

Britaniyada fəaliyyət göstərən “Jaguar Land Rover” (JLR) şirkəti, ölkədə demək olar ki, altı həftə davam edən istehsalın dayandırılmasından sonra bəzi zavodlarını çərşənbə günü mərhələli şəkildə yenidən işə salacağını açıqlayıb.

Lent.az xəbər verir ki, zavodlar arasında mühərrik və batareya istehsalı, habelə avtomobil istehsalının bəzi bölmələri; gövdə və boya sexləri yer alır.

Qeyd edək ki, “Jaguar Land Rover”in istehsalının dayanması kiberhücum səbəbilə 2025-ci ilin sentyabr ayının ortalarından başlayıb və təxminən altı həftə davam edib.

Xəbər lenti