IMG-LOGO

Məktəb binası çökdü - 63 nəfər həlak oldu

07.10.2025 01:27 14 baxış
IMG

Sentyabrın 29-da İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarjo şəhərində icazəsiz iki yeni mərtəbədə tikintiyə başlanması səbəbilə usan internat məktəbinin dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

Lent.az xəbər verir ki, İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi aparılan işlərlə bağlı acılama verib.

Açıqlamada çökmə nəticəsində təxliyə edilən 167 nəfərdən 63-nün öldüyünü bildirib.

Axtarış-xilasetmə qrupları dağıntılar altında daha 10 nəfərin qala biləcəyini təxmin edir.

Araşdırmalar zamanı məlum olub ki, bina icazəsiz tikilən iki yeni mərtəbə üçün tökülən betona tab gətirə bilməyib və çöküb. O

Axtarış-xilasetmə işlərində 400-dən çox şəxsi heyət iştirak edir, hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti