IMG-LOGO

Amerikalılar icazə verdi - Ukrayna Rusiyanın dərinliklərini vura bilər

28.09.2025 22:41 88 baxış
IMG

Amerika Birləşmiş Ştatları Kiyev hökumətinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə mane olmur.

Lent.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

"Mən hesab edirəm ki, vitse-prezident Vens və həmçinin dövlət katibi Marko Rubionun bəyanatlarını nəzərə alanda, bu suala cavab belə olacaq ki, bəli, imkanlardan istifadə edərək dərinliklərə zərbə endirilə bilər”, - o deyib.

Xüsusi nümayəndənin açıqlamasına görə, Rusiyanın ərazisindəki hədəflər baxımından Kiyev üçün toxunulmaz yerlər yoxdur.

Xəbər lenti