Avtomobil və elektroenergetika sənayesi Azərbaycanla Slovakiya arasında əməkdaşlıq üçün cəlbedici sahələrin sırasına daxil edib.
"Report" xəbər verir ki, bunu Slovakiyanın İnvestisiya və Ticarət İnkişafı Agentliyinin baş direktorunun müavini Eqon Zorad Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.
"Qeyri-neft-qz sektorunda əlaqələrin inkişafı hər iki ölkə üçün faydalı olacaq", - deyə o qeyd edib.
O, həmçinin Slovakiyanın cəlbedici investisiya mühitinin olduğunu qeyd edib və Azərbaycan şirkətlərinin nümayəndələrini ölkəsinə səfərə dəvət edib.
Bizim WhatsApp kanalımıza abunə olun