IMG-LOGO

Azərbaycanla Slovakiya gələn ildən ikiqat vergitutmanı aradan qaldıra bilər

25.09.2024 15:20 43 baxış
IMG

2023-cü ildə “Azərbaycan ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb və sənədin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

"Report " verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.

"Bu saziş ölkələr arasında biznes mühitini daha da yaxşılaşdıracaq", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, bu gün Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun I iclasını keçirilib: "İqtisadi əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün müxtəlif sahələrdə səylərimizi gücləndirməyə razılaşdıq, çünki bunun üçün bütün lazımi şərait var".

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti