IMG-LOGO

Yevlaxda payızlıq taxıl şum işlərinə başlanılıb

24.09.2024 22:52 2 baxış
IMG

Yevlax rayonunda payızlıq taxıl şum işlərinə başlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl məhsullarının istehsalı ilbəil artır.

Hazırda sahələrdə 2025-ci il üçün payızlıq taxıl əkini işləri uğurla aparılır. Taxıl əkiləcək əkin sahələrində şumun keyfiyyyətli aparılması həm mütəxəssislərin, həm də fermerlərin daimi nəzarətindədir. Qısa müddət ərzində 1 100 hektar sahədə şum aparılıb. Gündəlik sahələrə əkin işləri üçün 45-dən çox traktor cəlb edilib.

Qeyd edək ki, cari ilin payızında 16 000 hektar sahədə səpin aparılması proqnozlaşdırılıb, şumlama işləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti