Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib.
"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"O cümlədən, təsdiq etdiyimiz Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir. 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1,3 %, illik inflyasiya isə 3,5 % olub", - deyə o qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun