IMG-LOGO

Azərbaycan məhsullarının Baltikyanı ölkələrə ixracı müzakirə edilib

24.09.2024 16:18 35 baxış
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Latviya, Estoniya və Finlandiyadan olan şirkətlər arasında “B2B” görüşlər keçirilib.

"Report" Mərkəzə istinadən xəbər verir ki, görüşlərdə xarici şirkət nümayəndələrinə “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı platformasının fəaliyyətinə dair məlumatlar verilib.

Azərbaycanda istehsal olunan hazır və xammal məhsullarının Finlandiya və Baltikyanı ölkələrə ixracına dair müzakirələr aparılıb, müvafiq əlaqələrin qurulmasında dəstək göstərilib.

Görüş “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal həllər, tikinti, qida, kənd təsərrüfatı və sertifikatlaşdırma sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti