IMG-LOGO

Bakıdan Naxçıvana daha 3 aviareys təxirə salındı-YENİLƏNİB-VİDEO

17.12.2023 19:37 98 baxış
IMG

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

***

saat 17.26

Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə muxtar respublikaya Bakıdan daha 3 aviareys təxirə salınıb.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müvafiq olaraq bugün saat 07:00-da, 11:50-də və 16:40-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, J2-253 və J2-255 reysləri təxirə salınıb.

 

Xəbər lenti