IMG-LOGO

Kubalı voleybolçu Ana Yilian Kleger "Turan"a transfer olunub

05 Aug 2026 13:58 4 baxış
IMG

​Kuba voleybol millisinin hücumçusu Ana Yilian Kleger 2026/2027 mövsümündə "Turan"da çıxış edəcək.

​"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zəngin təcrübəyə malik voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.

​O, karyerası ərzində Azərbaycanda "Rabitə" və "Telekom" komandalarının da formasını geyinib.

​Kleger müxtəlif illərdə Türkiyə, Rusiya, Serbiya, Rumıniya və Çin çempionatlarında forma geyinib.

​Qeyd edək ki, 185 sm boya malik voleybolçu son olaraq Türkiyənin "Zeren Spor" klubunda çıxış edib.

Mənbə: report.az

Xəbər lenti