2025-ci il ərzində Azərbaycanın quruda fəaliyyət göstərən "Binəqədi" yatağından 0,97 milyon barel neft hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Hesabata əsasən, bu rəqəm 2024-cü illə müqayisədə 0,03 milyon barel və ya 3 % az olub.
Belə ki, keçən il həmin yataqdan 0,99 milyon barel neft hasil olunması nəzərdə tutulurdu ki, bu da proqnozlaşdırılan həcmin 98,25 %-nin yerinə yetirilməsi deməkdir.
Qeyd edək ki, "Binəqədi" neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşir. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Azen Oil Company B.V." şirkəti arasında birgə işlənməyə dair müqavilə imzalanıb. Müqavilə ərazisi 43,5 kv. km sahəni əhatə edir. "Binəqədi" yatağı 1896-cı ildən etibarən istismara verilib. Yataq Bakı şəhərindən 9 km şimal istiqamətində yerləşir. Yataq 2005-ci ildən "Binagadi Oil Company" tərəfindən istismar olunur, operatoru isə "Azen Oil Company B.V." ("Global Energy") şirkətidir. Saziş (pay bölgüsü: SOCAR ONŞ 25 %, "Azen Oil Company B.V" şirkəti 75 %) 1 sentyabr 2005-ci il tarixindən qüvvəyə minib.
Mənbə: report.az