IMG-LOGO

Tailandlı futbolçu Sofvan Ave matç zamanı ildırım vurması nəticəsində vəfat edib

05 Aug 2026 14:40 6 baxış
IMG

Tailandda keçirilən futbol matçı zamanı ildırım vurması nəticəsində 24 yaşlı oyunçu Sofvan Ave vəfat edib.

"Report" "Bangkok Post"a istinadən xəbər verir ki, avqustun 4-də ölkənin cənubundakı Narathivat əyalətində baş verən hadisə zamanı daha 9 futbolçu xəsarət alıb.

Qarşılaşma zamanı ildırım çaxmasından sonra bir neçə oyunçu qazona yıxılıb. Komanda yoldaşları S.Aveyə ilk tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan tailandlı 8 futbolçu xəstəxanaya yerləşdirilib. Yaralanan bir malayziyalı oyunçu isə müalicəsini davam etdirmək üçün vətəninə göndərilib.

Mənbə: report.az

Xəbər lenti