IMG-LOGO

Avropada aviaşirkətlər çətin vəziyyətə düşüb

05 Aug 2026 13:16 4 baxış
IMG

Yüzlərlə pilot İrlandiyanın büdcəli "Ryanair" aviaşirkətinə qarşı məzuniyyət pulunun ödənilməməsi ittihamı ilə London məhkəməsində iddia qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

İddianın təşəbbüskarı "Ryanair"də dörd il işləmiş keçmiş pilot Riçard Fillips olub. Onun bu addımını şirkətin 260-dan çox əməkdaşı dəstəkləyib.

Qeyd edək ki, "Ryanair" reyslərin, sərnişinlərin sayına və hava donanmasının həcminə görə Avropanın ən böyük aviaşirkətidir.

"EasyJet France" aviaşirkətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları isə əmək şəraitinin pisləşməsi səbəbindən avqustun 7-dən sentyabrın 2-dək tətil elan ediblər.

Vurğulanıb ki, aksiyaların keçirilmə tarixi hələ dəqiqləşdiriləcək. Bununla yanaşı, işçilərin nümayəndələri "EasyJet France" administrasiyası tərəfindən razılıq veriləcəyi halda, şirkət rəhbərliyi ilə danışıqları davam etdirməyə və tətil barədə xəbərdarlığı ləğv etməyə hazır olduqlarını bildiriblər.

Mənbə: report.az

Xəbər lenti