Müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib.
Lent.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ifaçı Bakıda aeroport yolunda sürət həddini aşıb.
Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb.
Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb.
Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.