"Luton"un müdafiəçisi Tom Lokyer İngiltərə Premyer Liqasının (APL) 17-ci turunda "Bornmut"la oyunda huşunu itirib.
Lent.az xəbər verir ki, insident 62-ci dəqiqədə, tabloda hesab 1:1 olarkən baş verib. Futbolçunun meydanda halı pisləşib, həkimlər onu xərəkdə tribuna otağına apardılar. Şərhçinin X sosial şəbəkəsində bildirdiyinə görə, Lokyer artıq huşunu itirib.
Hadisə səbəbindən matç dayandırılıb, futbolçular meydanı tərk ediblər. Lokyerin daşınmasından 20 dəqiqə sonra görüşün ləğvi qərara alınıb. Qarşılaşmanın başqa bir gündə keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Mənbə: lent.az