IMG-LOGO

Tramp İraqda neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizəni dəstəkləyir

27 Nov 2026 15:00 11 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əl-Zeydinin dövlət hakimiyyətinin möhkəmləndirilməsi, neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizə üzrə səylərini dəstəklədiyini bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz İraqın Baş naziri Əli əl-Zeydinin ölkənin bütün ərazisində dövlət hakimiyyətinin təmin edilməsi, İraq neftinin qaçaqmalçılığına son qoyulması, korrupsiyaya qarşı mübarizə və bütün silahların yalnız dövlətin nəzarətinə verilməsi üzrə səylərini dəstəkləyirik", - Tramp yazıb.

O, həmçinin əl-Zeydinin müstəqil şəkildə siyasi qərarlar qəbul edən vahid, firavan və güclü İraq qurmaq səylərini dəstəklədiyini bildirib.

Mənbə: report.az

Xəbər lenti