IMG-LOGO

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun fəaliyyət istiqamətləri müəyyənləşib

27 Nov 2026 15:20 11 baxış
IMG

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun fəaliyyət istiqamətləri müəyyənləşib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədovun müvafiq Qərarı ilə təsdiqlənən Əsasnaməyə əsasən, qoruğun fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

- Qoruğun ərazisində dövlət nəzarətinin həyata keçirilməsi;

- Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və Qoruğun inkişafının təmin edilməsi;

- Qoruğun ərazisində yerləşən abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, onlardan məqsədyönlü istifadənin təşkili və qorunub saxlanılmasının təmin edilməsi;

- Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunun qorunması, tarix-memarlıq abidələrinin bərpasının, toxunulmazlığının və onlardan istifadənin təmin edilməsi;

- Qoruğun ərazisində və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edilməsi;

- Qoruğun sahəsinə aid dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər.

Qeyd edilib ki, elmi tədqiqatların aparılması metodları qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər.

Mənbə: report.az

Xəbər lenti