IMG-LOGO

Bolqarıstan futbol azarkeşlərinə edilən hücumlara görə Fransaya etiraz notası göndərəcək

27 Nov 2026 15:30 10 baxış
IMG

Bolqarıstanın Xarici İşlər Nazirliyi Marseldə futbol matçı zamanı 11 Bolqarıstan vətəndaşının yaralanması ilə nəticələnən hadisənin tam araşdırılması tələbi ilə Fransaya nota göndərəcək.

"Report" xəbər verir ki, bu barədə BNT məlumat yayıb.

Zərərçəkənlərdən beşi Marsel xəstəxanalarına çatdırılıb, daha altı nəfərə isə stadionda tibbi yardım göstərilib.

Ötən gün Marseldə Avropa Liqasının matçı başlamazdan əvvəl Fransanın "Olimpik" və Bolqarıstanın "Levski" komandalarının azarkeşləri arasında şiddətli toqquşmalar baş verib.

Marsel klubunun 200-dən çox azarkeşi qonaq sektoruna daxil olub və bolqarıstanlı azarkeşlərə hücum edib. Fransızlar bolqarıstanlı azarkeşlərə şüşə butulkalar və s. atıblar. Onlara dəyənək və metal borularla hücum ediblər, nəticədə bəziləri başından xəsarət alıb.

Mənbə: report.az

Xəbər lenti