IMG-LOGO

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri III rübdə kəskin artıb

23 Nov 2026 12:40 5 baxış
IMG

Bu ilin III rübündə Azərbaycanda ölkədaxili xidmət şəbəkəsi üzrə ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq əməliyyatlarının dəyəri 1 milyon 635 min 257 manata çatıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, bu, əvvəlki rüblə (2026-cı ilin II rübü ilə) müqayisədə 52,18 % çoxdur.

Banklardan toplanmış məlumatlara əsasən, 2026-cı ilin II rübündə bu göstərici 1 milyon 74 min 526 manat təşkil edib.

Eyni zamanda, ölkəxarici əməliyyatların həcmi də artıb. Belə ki, 2026-cı ilin III rübündə bu göstərici əvvəlki rüblə müqayisədə 30,02 % artaraq 376 min 293 manata çatıb. Bu göstərici II rübdə 289 min 423 manat təşkil edib.

Ölkədaxili fırıldaqçılıq hallarının sayı 36,14 % artaraq 7 222-yə yüksəlib (II rübdə 5 305 hal qeydə alınıb). Ölkəxarici fırıldaqçılıq hallarının sayı isə 67,82 % artaraq 6 097 olub (II rübdə bu rəqəm 3 633 idi).

2026-cı ilin III rübündə ölkədaxili fırıldaqçılıq hallarının 21,8 %-i hesabın ələ keçirilməsi, 78,2 %-i isə digər üsullarla (kartın fiziki iştirakı olmadan, itmiş/oğurlanmış, saxta surət və s.) baş verib. Həmin dövrdə ölkəxarici fırıldaqçılıq hallarının 71,7 %-i kartın fiziki iştirakı olmadan icra edilib, qalan 28,3 %-i isə digər növlərin payına düşüb.

Avadanlıq və kanal bölgüsünə gəlincə, 2026-cı ilin III rübündə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının 97,7 %-i elektron ticarət və mobil tətbiq vasitəsilə, 2,3 %-i isə digər avadanlıqlarla (POS terminal, ATM və s.) həyata keçirilib. Ölkəxarici fırıldaqçılıq hallarında isə bu göstəricilər müvafiq olaraq elektron ticarət və mobil tətbiq üzrə 97,9 %, digər avadanlıqlar üzrə 2,1 % təşkil edib.

Mənbə: report.az

Xəbər lenti