IMG-LOGO

İtaliya Azərbaycana dəmir yollarının inkişafı üçün texnologiyalar təklif edə bilər

23 Nov 2026 12:28 5 baxış
IMG

İtaliya şirkətləri Azərbaycana tikinti, maşınqayırma, dəmir yolu infrastrukturu, energetika və müdafiə sənayesi sahələrində ən yüksək səviyyəli mühəndislik imkanları və texnologiyalar təklif edə bilər.

"Report" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanın infrastrukturunun inkişafında iştirak etmək üçün lazımi təcrübəyə və texnoloji imkanlara malikdir:

"Biz tikinti, kənd təsərrüfatı-ərzaq sektorlarında, maşınqayırma və dəmir yolu sahəsində yüksək keyfiyyət təklif edə bilərik. Mən sizin dəmir yolu sektoruna investisiyalarınız və yeni infrastrukturun yaradılması barədə eşitmişəm. Biz qabaqcıl texnologiyalar və böyük təcrübə təklif edə bilərik".

O, həmçinin İtaliya şirkətlərinin sualtı kabellərin istehsalı, energetika və müdafiə sənayesi sahəsindəki imkanlarını vurğulayıb.

Avropa ilə Asiya arasındakı nəqliyyat əlaqələrindən danışan nazir Azərbaycanın Orta Dəhlizin qovşaqlarından biri kimi strateji əhəmiyyətini vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti