IMG-LOGO

"Unioncamere" Azərbaycanla sənaye əməkdaşlığının genişləndirilməsini istəyir

23 Nov 2026 11:49 8 baxış
IMG

İtaliya Ticarət və Sənaye Palataları İttifaqının ("Unioncamere") beynəlmiləlləşmə şöbəsinin rəhbəri Pyetro İnfante ənənəvi ticarət əlaqələri modelindən kənara çıxaraq Azərbaycan-İtaliya münasibətlərini yeni səviyyəyə qaldırmağı təklif edib.

"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən İtaliya-Azərbaycan biznes forumunda bildirib.

P.İnfantenin sözlərinə görə, birgə müəssisələrin yaradılmasına, sənaye tərəfdaşlıqlarının inkişafına və texnologiya transferinə dair sazişlərin bağlanmasına diqqət yetirmək lazımdır.

Xəbər yenilənir

Mənbə: report.az

Xəbər lenti