IMG-LOGO

Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər"

23 Nov 2026 11:43 7 baxış
IMG

Azərbaycan İtaliya ilə ticarət dövriyyəsinin dəyərinin 12 milyard ABŞ dollarından artıq olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin dəyəri 12 milyard ABŞ dollarına yaxın olub. Bu ilin nəticələrinə görə biz daha yüksək rəqəmi proqnozlaşdırırıq. İlin ilk doqquz ayında bu rəqəm artıq 9 milyard ABŞ dollarını ötüb".

Nazir qeyd edib ki, İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir: "Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları sərmayə yatırıb. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "İtaliya Petroli" şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib".

Mənbə: report.az

Xəbər lenti