IMG-LOGO

SIMEST və İtaliya-Azərbaycan Ticarət Palatası əməkdaşlığa dair saziş imzalayıb

23 Nov 2026 11:22 8 baxış
IMG

"Cassa Depositi e Prestiti" (CDP) qrupuna daxil olan İtaliyanın dövlət maliyyə təşkilatı SIMEST İtaliya-Azərbaycan Ticarət Palatası ilə Azərbaycanda fəaliyyət göstərən İtaliya müəssisələrinə dəstəyin genişləndirilməsi barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bunu SIMEST-in xarici əlaqələr üzrə direktoru Françeska Alikata Bakıda keçirilən İtaliya-Azərbaycan biznes-forumunda bildirib.

Onun sözlərinə görə, saziş İtaliya şirkətlərini müşayiət etmək və xarici bazarlara çıxarkən onlara lazımi dəstəyi göstərilməsi üzrə fəaliyyətləri aktivləşdirmək məqsədi daşıyır:

"SIMEST müəssisələrə nəinki maliyyə alətləri, həm də məsləhət yardımı təqdim edərək, bu prosesin fəal iştirakçısı olmağa can atır. Bizim vəzifəmiz İtaliya şirkətlərinin xaricdə inkişafına və "Made in Italy" məhsullarının bütün dünyada təşviqinə kömək etməkdir".

F.Alikata vurğulayıb ki, İtaliya və Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikdir: "Bizim vəzifəmiz onları hər iki ölkənin müəssisələri üçün investisiyalara, tərəfdaşlıq layihələrinə və yeni inkişaf perspektivlərinə çevirməkdir".

Mənbə: report.az

Xəbər lenti