IMG-LOGO

İranın ticarət gəmilərinə hücumları Hörmüz boğazında gəmi trafikini azaldıb

22 Nov 2026 18:17 3 baxış
IMG

Hörmüz boğazından keçən gəmilərin sayı İranın ticarət gəmilərinə hücumları səbəbindən yenidən azalıb.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatlarına istinadən yazıb.

Məlumata görə, noyabrın 12-dən 18-dək boğazdan 263 gəmi keçib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 15% azdır.

Həmin gəmilər arasında tankerlərin sayı cəmi 37 olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 29% azalma deməkdir.

Mənbə: report.az

Xəbər lenti