IMG-LOGO

Premyer Liqa: "Kəpəz" evdə "Qarabağ"la heç-heçə edib

22 Nov 2026 18:56 4 baxış
IMG

Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edib.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Görüşdə cari mövsümün azarkeş rekordu qırılıb və matçı tribunadan 16 minə yaxın azarkeş izləyib.

"Qarabağ" 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Kəpəz" isə 18 xalla altıncıdır.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" "Şəfa"nı (2:0), "Neftçi" isə "Araz-Naxçıvan"ı (3:1) məğlub edib.

Mənbə: report.az

Xəbər lenti