IMG-LOGO

Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub

22 Nov 2026 13:42 9 baxış
IMG

Azərbaycan millisinin basketbolçusu Polina Şukina Sinqapurda keçirilən "Basketball Without Borders Next Up 2026" proqramı çərçivəsində üçxallıq atışlar müsabiqəsinin qalibi olub.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Basketbolçu "Sport Singapore 2026 Three-Point Champion" (üçxallıq atışlar üzrə çempion) mükafatına layiq görülüb.

Mənbə: report.az

Xəbər lenti