IMG-LOGO

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

22 Nov 2026 11:52 9 baxış
IMG

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Azərbaycanı oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcəyi münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Basketbolun milli idman növü olduğu Litvadan gələn biri kimi, Bakının FIBA U20 Avropa çempionatının B divizionuna ev sahibliyi edəcəyinin elan olunmasından xüsusi məmnunluq duyuram.

Bu, Azərbaycanda basketbolun inkişafı üçün mühüm hadisə və yeni nəsil basketbolçuların yetişməsinə ilham verəcək böyük fürsətdir.

Təbriklər, Azərbaycan!" – o yazıb.

Qeyd edək ki, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti