IMG-LOGO

Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb

22 Nov 2026 10:12 12 baxış
IMG

İspaniyada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı Barselonada yerləşən Abat Oliba CEU Universitetində rəsmi olaraq fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, AIDA-nın direktoru və digər nüfuzlu şəxslər çıxış ediblər. Tədbir çərçivəsində Anlaşma Memorandumu da imzalanıb", - paylaşımda deyilir.

Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan-İspaniya akademik əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin təşviqi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir.

Mənbə: report.az

Xəbər lenti