IMG-LOGO

Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

22 Nov 2026 11:29 11 baxış
IMG

Futzal üzrə azərbaycanlı hakim-inspektor Elçin Səmədli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa təyinat alıb.

"Report" xəbər verir ki, o, noyabrın 23-də, saat 22:00-da start götürəcək "Kauna Jalqiris" (Litva) – "Benfika" (Portuqaliya) qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Kaunas şəhərində keçiriləcək matçı isveçrəli hakimlər idarə edəcək.

Mənbə: report.az

Xəbər lenti