IMG-LOGO

AFFA İntizam Komitəsi Şəki təmsilçisini çempionatdan kənarlaşdırıb

17 Apr 2026 17:35 5 baxış
IMG

Şəkinin "Şorsu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi Zaqatalanın "Alfa" kollektivi ilə görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

Qarşılaşma baş tutmadığı üçün "Şorsu" 0:3 hesablı texniki məğlubiyyət alıb. Bu hal üçüncü dəfə təkrarlandığı üşün komanda yarışdan uzaqlaşdırılıb.

Xəbər lenti