IMG-LOGO

Tehranda Azərbaycan-Portuqaliya əlaqələri müzakirə edilib

22 Nov 2026 13:50 9 baxış
IMG

Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlər müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə portuqaliyalı həmkarı Marselo Voltye Matiasla görüşdə fikir mübadiləsi aparıb.

"Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Portuqaliyanın İrana yeni təyin olunmuş səfiri Marselo Voltye Matiasla görüşüb", - səfirliyin "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.

Digər müzakirə mövzuları barədə məlumat verilməyib.

Mənbə: report.az

Xəbər lenti