IMG-LOGO

Kürdəxanı yolunda tikinti materialları yanır

20 Aug 2026 18:29 2 baxış
IMG
0 0

Bakıda yanğın başlayıb. 

FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materiallarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti