IMG-LOGO

Plenkoviç: Xorvatiya Azərbaycandan qaz tədarükünə ümid edir

12 Nov 2026 16:25 2 baxış
IMG

Xorvatiya Azərbaycandan qaz tədarükünə ümid edir.

"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə bildirib.

"Hökumətimin ilk səlahiyyət müddətində mayeləşdirilmiş təbii qazın qəbulu terminalının tikintisi ilə bağlı qərar qəbul etdik və bu layihəni uğurla həyata keçirdik. İkinci müddətin əvvəlində terminal açıldı və istismara verildi. Üçüncü müddətin əvvəlində isə onun gücü ildə 6,1 milyard kubmetrə qədər artırılaraq modernləşdirildi", - Baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xorvatiyanın böyük məmnuniyyətlə qazıntı yanacağı idxal etdiyi ölkələrdən biridir.

"Xorvatiyaya çoxlu Azərbaycan nefti daxil olur. Biz həmçinin qaz tədarükünə də ümid edirik", - Baş nazir qeyd edib.

Plenkoviç həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə toxunub:

"Başa düşdüyüm qədərilə, hazırda vəziyyət kifayət qədər müsbət və konstruktiv inkişaf edir. Məndə belə bir təəssürat bu mövzunu müşahidə etməyim, səfərlərim və Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşlərim sayəsində yaranıb. Məncə, bu gün bu proses uzun illər ərzində olduğundan daha çox mehriban qonşuluq xarakteri daşıyır".

Mənbə: report.az

Xəbər lenti