Avropa İttifaqı (Aİ) Ukraynada ədalətli və davamlı sülhün əldə olunması, eləcə də Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün prinsipləri dəqiq şəkildə müəyyənləşdirməlidir.
"Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Avropa Siyasi Birliyinin doqquzuncu sammitinin açılış plenar sessiyasında bildirib.
A.Koşta vurğulayıb ki, Avropa qitəsinin təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən, eləcə də ədalətli və davamlı sülhün əldə olunmasından ayrılmazdır.
Onun sözlərinə görə, Ukrayna hər bir suveren dövlət kimi öz tərəfdaşlarını, müttəfiqlərini və gələcəyini müstəqil şəkildə seçməlidir: "Avropada təsir dairələri dövrü çoxdan geridə qalıb".
Xəbər yenilənir
Mənbə: report.az