Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Turnirdə keçirilməsi planlaşdırılan Çinar (Göyçay) – Çərəkə (Göyçay) oyunu "Çərəkə" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.
Bu hal üçüncü dəfə təkrarlandığından "Çərəkə" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.
Mənbə: report.az