İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir.
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
***
15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib.
Lent.az xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşılayıb.
Sizin brauzer video tagını dəstəkləmir. Prezident İlham Əliyev
Mənbə: lent.az