IMG-LOGO

Bu marşut avtobusları yenilənir

12 Nov 2026 16:04 4 baxış
IMG
0 0

Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.

AYNA-dan Lent.az-a bildirilib ki, noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslar sərnişinlərə xidmət edəcək.

Hər bir marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

AYNA Avtobus

Mənbə: lent.az

Xəbər lenti