IMG-LOGO

Azərbaycan boksçusu Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 Nov 2026 16:46 2 baxış
IMG

Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

O, yarımfinalda Mehrin Xana (Kanada) 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.

Avropa çempionu finalda Qrenyellis Qarsiya (Venesuela) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, döyüş noyabrın 12-də keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti