IMG-LOGO

Azərbaycanın U-19 millisi Monteneqroya uduzub

11 Nov 2026 15:57 6 baxış
IMG

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

"Report"un məlumatına görə, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

Mənbə: report.az

Xəbər lenti