IMG-LOGO

"Barselona" Lisandro Martinesi transfer etmək istəyir

11 Nov 2026 14:49 7 baxış
IMG

İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Yunayted" komandasının və Argentina millisinin müdafiəçisi Lisandro Martinesi transfer etmək niyyətindədir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, futbolçu Kataloniya klubunu gücləndirmək üçün ən real hədəflərindən biridir.

Müdafiəçinin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 28 yaşlı arxa xətt oyunçusu 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. Argentinalı oyunçunun dəyəri 45 milyon avro qiymətləndirilir.

Mənbə: report.az

Xəbər lenti