İstanbulda anasına sürpriz etmək istəyən 10 yaşlı qızın yemək hazırlayarkən ocaqda unutduğu yağ alovlanıb və mənzildə yanğın baş verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəbdən evə gələn 10 yaşlı qız anası işdə olduğu üçün ona sürpriz etmək məqsədilə yemək hazırlamaq istəyib.
Ocağa yağ qoyduqdan sonra televizora baxmaq üçün otağa keçib. Nəzarətsiz qalan yağın alışması nəticəsində mətbəxdə yanğın başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər. İki uşaq xəsarət almasa da, mənzilə ciddi ziyan dəyib.
Yanğının başlanması və uşaqların yaşadığı təşviş evdəki uşaq kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə mətbəxdə alovun başladığı, uşağın pəncərəni açdığı, evə gələn qardaşının isə 112-yə zəng edərək kömək istədiyi anlar əks olunub.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Türkiyə hədiyyə anaMənbə: lent.az