IMG-LOGO

Prezident və xanımı Antalyada COP31-də iştirak edir - FOTO + VİDEO - YENİLƏNİB

11 Nov 2026 14:50 8 baxış
IMG
3 0

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olunub.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

***

13:23

Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak edirlər.

*** BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.

***

12:48

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib.

Lent.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşılayıblar.

***

12:24

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəldi.

Prezident İlham Əliyev rəsmi xəbərlər

Mənbə: lent.az

Xəbər lenti