IMG-LOGO

Aral Şimşir Türkiyə millisinin heyətindən çıxarılıb

11 Nov 2026 15:30 6 baxış
IMG

"Trabzonspor" klubunun futbolçusu Aral Şimşir Türkiyə millisinin heyətindən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Buna 24 yaşlı cinah oyunçusunun zədələnməsi səbəb olub.

Xatırladaq ki, Türkiyə yığması UEFA Millətlər Liqasında Belçika və Fransa ilə üz-üzə gələcək.

Mənbə: report.az

Xəbər lenti