IMG-LOGO

Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi

11 Nov 2026 15:11 7 baxış
IMG
1 0

"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranışı ilə haqqında tez-tez danışılan 19 yaşlı ispan futbolçu bu dəfə İspaniya küçələrində unudulmaz təəssürat yaradıb.

Yamal maşın sürərkən yol kənarında gəzən iki gənci görüb, sürətini azaldıb və pəncərəni aşağı salıb. O, sakit, gözdən uzaq bir yer axtardığını izah edib və gənclərdən şəhərdəki ləziz yemək yerləri üçün tövsiyələr istəyib.

Qarşılarında "Barselona" ulduzunu görəndə qısa müddət təəccüblənən gənclər təcrübəli oyunçuya sakit bir restoran təklif ediblər. Səmimi məsləhətdən məmnun qalan Lamin

Yamal onların xeyirxahlığına cavab verib. Maşınından qulaqcıq götürüb gənclərə hədiyyə verib, təşəkkür edib və yoluna davam edib.

Bu paylaşılan anlar tez bir zamanda minlərlə bəyənmə toplayıb və gənc ulduzun təvazökar davranışı pərəstişkarları və dəstəkçiləri tərəfindən böyük alqışlarla qarşılanıb.  

Lamin Yamal Barselona La Liqa İspaniya Hədiyyə Futbol İdman

Mənbə: lent.az

Xəbər lenti